Azərbaycanın milli aviadaşıyıcısı AZAL bu gün Kiyevdən Bakıya növbəti çarter reysi yerinə yetirib. Bu barədə şirkətin mətbuat xidmətindən məlumat verilib.
“İyulun 30-da AZAL-ın Kiyevdən Bakıya yerinə yetirdiyi çarter reysi ilə 155 Azərbaycan vətəndaşı Vətənə çatdırılıb. Yalnız reysdən əvvəl 48 saat ərzində COVID-19-un olmaması barədə arayışı təqdim edən sərnişinlər uçuşa buraxılıb”, - deyə məlumatda bildirilir.
Reyslə gələn bütün sərnişinlər iki həftə müddətində özünütəcrid şəraitində qalmalıdır.*
N.Abbasova