İyulun 31-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib. Bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin məlumatında deyilir.
“Dövlət başçısı müqəddəs Qurban bayramı münasibətilə Rəcəb Tayyib Ərdoğanı və qardaş Türkiyə xalqını təbrik edib”, - deyə məlumatda bildirilir.
Rəcəb Tayyib Ərdoğan, öz növbəsində, dövlətimizin başçısına və xalqımıza bayram münasibətilə ən xoş arzularını çatdırıb.
“Söhbət zamanı Türkiyə-Azərbaycan əlaqələrinin bundan sonra da möhkəmlənəcəyinə əminlik bildirilib. Dövlət başçıları bu günlərdə Azərbaycanın müxtəlif bölgələrində Azərbaycan-Türkiyə birgə hərbi təlimlərinin uğurla keçirildiyini vurğulayıblar”, - deyə məlumatda qeyd olunur.*
Ə.Məmmədov