Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun mövqelərini Naxçıvan istiqamətindən atəşə tutub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
“Ermənistan silahlı qüvvələri bölmələri tərəfindən mövqelərimizin atəşə tutulmasına cavab olaraq Naxçıvanda yerləşən Əlahiddə Ümumqoşun Ordunun bölmələri düşmənə qarşı adekvat tədbirlər görüb", - deyə məlumatda bildirilir.
Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin mövqelərinin guya Naxçıvan istiqamətindən atəşə tutulması barədə Ermənistan mətbuatının yaydığı xəbər həqiqəti əks etdirmir.*
Ə.Məmmədov