Azərbaycanda koronavirus infeksiyasına daha 318 yoluxma faktı qeydə alınıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
“Eyni zamanda, 714 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb”, - deyə məlumatda bildirilir.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 31878 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 25882 nəfər müalicə olunaraq sağalıb, 448 nəfər vəfat edib.
“5,548 min nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir”, - deyə məlumatda qeyd olunur.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7,789 min test aparılıb. Ölkədə indiyədək aparılmış koronavirus testinin sayı isə 724,953 mindir.*
Ə.Məmmədov