Azərbaycanda koronavirus infeksiyasına daha 279 yoluxma faktı qeydə alınıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
“Eyni zamanda, 592 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb”, - deyə məlumatda bildirilir.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 32157 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 26474 nəfər müalicə olunaraq sağalıb, 454 nəfər vəfat edib.
“5,229 min nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir”, - deyə məlumatda qeyd olunur.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7,283 min test aparılıb. Ölkədə indiyədək aparılmış koronavirus testinin sayı isə 732,236 mindir.*
B.Rüstəmbəyov