Avqustun 5-də “Azərbaycan Hava Yolları” (AZAL) QSC Bakı-Moskva-Bakı marşrutu üzrə xüsusi çarter reysi yerinə yetirəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə aviaşirkətdən məlumat verilib.
Bakı-Moskva istiqamətində reysə aviabiletləri yalnız Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyindən uçuş icazəsi almış şəxslər əldə edə bilər.
Moskva-Bakı istiqamətində reysə Azərbaycan vətəndaşları ilə yanaşı, aşağıdakı şəxslər buraxılır:
- diplomatik və xidməti pasportu olan əcnəbilər;
- Ailə üzvü (ata, ana, həyat yoldaşı, övladı, qardaşı/bacısı) Azərbaycan Respublikası vətəndaşı olan əcnəbilər;
- Azərbaycan Respublikasında işləmək icazəsi olan əcnəbilər;
- Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq icazəsi olan əcnəbilər.
Moskvada COVID-19 testindən dövlət və özəl klinikalarda, habelə laboratoriyalarda keçmək mümkündür, bu zaman sərnişinin uçuşa qəbul edilməsi üçün əsas şərtlərdən biri PCR-testinin keçirilməsinə dair arayışın mövcudluğudur.*
B.Rüstəmbəyov