Azərbaycanda koronavirus infeksiyasına daha 286 yoluxma faktı qeydə alınıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
“Eyni zamanda, 639 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb”, - deyə məlumatda bildirilir.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 32443 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 27113 nəfər müalicə olunaraq sağalıb, 462 nəfər vəfat edib.
“4,868 min nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir”, - deyə məlumatda qeyd olunur.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6,727 min test aparılıb. Ölkədə indiyədək aparılmış koronavirus testinin sayı isə 738,963 mindir.*
B.Rüstəmbəyov