Kanadanın Toronto şəhərində yerli erməni icmasının üzvləri soyuq və odlu silahdan istifadə edərək iki soydaşımıza hücum ediblər.
“Avqust ayının 1-dən 2-nə keçən gecə Kanadanın Toronto şəhərində yerli erməni icmasının üzvləri soyuq və odlu silahdan istifadə edərək orada yaşayan iki soydaşımıza qarşı növbəti çirkin təxribat törədiblər. Müəyyən dərəcəli xəsarətlər alan soydaşlarımızın vəziyyəti hazırda sabitdir, bir soydaşımız xəstəxanadadır”, - deyə Azərbaycanın Kanadadakı səfirliyindən bildirilib.
Cinayət yerinə dərhal icma üzvləri və çox sayda polis nəfərləri gəlib.
“Polis zərər çəkmiş şəxslərdən izahatlar alıb və icma üzvlərimizin məlumatı əsasında təxribatı törədən milliyyətcə erməni şəxslərin yeri müəyyən edilib. Fakt üzrə yerli hüquq-mühafizə orqanları tərəfindən axtarış işləri aparılır və müvafiq tədbirlər həyata keçirilir”, - deyə məlumatda qeyd olunur.
Səfirlik məsələni nəzarətdə saxlayır.*
A.Əzizov