Azərbaycan hökuməti COVİD-19 koronavirus pandemiyası şəraitində səhiyyə sistemi, biznesin, dövlət şirkətlərinin dəstəklənməsinə əlavə vəsait ayırmağı planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan”a Maliyyə Nazirliyindən məlumat verilir.
Nazirlikdən qeyd olunur ki, əlavə vəsait 2020-ci il dövlət büdcəsinin parametrlərinə düzəlişlərin daxil edilməsi nəticəsində ayrılacaq. Düzəlişlər layihəsi parlamentə təqdim olunub və avqustun 4-də iclasda baxılacaq.
Düzəlişlərə əsasən, COVİD-19-a görə səhiyyə sahəsinə 369 milyon manat, əhalinin sosial müdafiəsi sahəsinə - 238 milyon manat, dövlət şirkətlərinin dəstəklənməsinə - 136,: milyon manat, biznesin dəstəklənməsinə - 100 milyon manat yönəldiləcək.
Beləliklə, qeyd olunan 4 istiqamətin əlavə maliyyələşdirilməsi 843,6 milyon manat və ya $496,2 milyon təşkil edəcək.
“Bütövlükdə, dövlət büdcəsinin təkrar baxılması nəticəsində müxtəlif istiqamətlər üzrə əlavə maliyyələşdirmənin həcmi 1 milyard 371,5 milyon manat, həmçinin Azərbaycanın müdafiə qabiliyyətinin artırılmasına 465 milyon manat təşkil edəcək. Lakin, paralel olaraq, dövlət büdcəsinin xərclərinin digər maddələri üzrə 774 milyon manat məbləğində qənaət planlaşdırılır, bu da əlavə tədbirlərin maliyyələşdirilməsi üçün daha az həcmdə vəsait tələb edəcək”, - nazirlikdən vurğulanıb.
“İnterfaks-Azərbaycan”ın əldə etdiyi düzəlişlərə əsasən, dövlət büdcəsinin gəlirlərinin 10,% milyon manat və ya 0,1% - 24 milyard 124 milyon manatadək azaldılması planlaşdırılır. Həmçinin, dövlət büdcəsinin xərclərinin 597,5 milyon manat və ya 2,”% - 27 milyard 492,2 milyon manatadək artırılması planlaşdırılır. Nəticədə, dövlət büdcəsinin kəsiri 3 milyard 368,2 milyon manat və ya ÜDM-in 4,9%-dək artacaq. **
N.Abbasova