Azərbaycanda koronavirus infeksiyasına daha 241 yoluxma faktı qeydə alınıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
“Eyni zamanda, 647 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb”, - deyə məlumatda bildirilir.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 32684 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 27760 nəfər müalicə olunaraq sağalıb, 468 nəfər vəfat edib.
“4,456 min nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir”, - deyə məlumatda qeyd olunur.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 874 test aparılıb. Ölkədə indiyədək aparılmış koronavirus testinin sayı isə 744,837 mindir.**
N.Abbasova