Bakı Nəqliyyat Agentliyi (BNA) ictimai nəqliyyatı intellektual idarəetmə sisteminə texniki xidmətin göstərilməsinə təxminən 2,2 milyon manat yönəldəcək.
www.tender.gov.az saytında dərc olunmuş məlumata görə, BNA «Smartech System» MMC ilə 2 milyon 166,48 min manat dəyərində müqavilə bağlayıb.
Müqavilə üzrə işlərin icra müddəti 12 aydır.
Bakı Nəqliyyat Agentliyi Azərbaycan prezidentinin 21 dekabr 2015-ci il tarixli Fərmanı ilə yaradılıb. Agentliyin fəaliyyətinin əsas məqsədi Bakı şəhərinin inzibati ərazisində nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz, fasiləsiz və rahat hərəkətini təmin etməkdir.*
N.Abbasova