Cari il avqustun 1-dək Silahlı Qüvvələrə Yardım Fonduna $66,5 milyondan çox vəsait yığılıb. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Silahlı Qüvvələrə Yardım Fonduna cari il avqustun 1-dək 112.759.464,65 AZN, 213.577,88 ABŞ dolları, 18.341,0 avro və 5000,0 rubl vəsait daxil olub”, - deyə məlumatda bildirilir.
Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan prezidentinin 2002-ci il tarixli fərmanı ilə yaradılıb.*
X.Nəsirzadə