Azərbaycan parlamentinin deputatları avqustun 9-da Belarusda keçiriləcək prezident seçkilərini müşahidə edəcəklər.
“Deputatlar Azər Badamov və Naqif Həmzəyev MDB Parlamentlərarası Assambleyanın xətti ilə, Arzu Nağıyev və Kamran Bayramov isə MDB İcraiyyə komitəsinin müşahidə missiyasının tərkibinə daxil olacaqlar”, - Milli Məclisin Mətbuat vəictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilir.
Azərbaycan deputatları avqustun 7-də Minskə səfərə yola düşürlər. Səfər avqustun 11-də başa çatacaq. **