“Azərbaycan Hava Yolları” QSC (AZAL) avqustun 4-də uçuş icra edərək koronavirus infeksiyası ilə mübarizə məqsədilə Çindən bir qrup həkim və tibbi ləvazimatdan ibarət yükü Bakıya çatdırıb.
“10 nəfər aparıcı çinli mütəxəssislərdən ibarət qrup AZAL-ınxüsusi reysi ilə Bakıya gəlib. Yüksək ixtisaslı tibb mütəxəssisləri koronavirus infeksiyasının (COVID-19) qarşısının alınması məqsədilə azərbaycanlı həmkarlarla birgə çalışacaqlar”, - “İnterfaks-Azərbaycan”a AZAL-dan məlumat verilir.
AZAL-ın təyyarəsi vasitəsilə Çindən tibbi avadanlıq və qoruyucu vasitələr Azərbaycanın paytaxtına çatdırılıb.
“Çendu şəhərindən Bakıya həyata keçirilən AZAL-ın birbaşa reysi 7 saatdan artıq davam edib. Reys Azərbaycan Respublikası Nazirlər Kabineti yanındaOperativ Qərargahın tapşırığına əsasən təşkil olunub”, - şirkətdən vurğulanıb. .
Xəbər verildiyi kimi, son ay ərzində həmçinin Rusiya, Türkiyə, Kuba və İtaliyadan həkimlər COVİD-19-a qarşı mübarizə də təcrübə mübadiləsi və yardım göstərmək məqsədilə Azərbaycana gəliblər. **