2020-ci il iyulun 31-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları $6 milyard 468,7 milyon təşkil edib. Bu barədə AMB-nin saytında məlumat verilir.
2019-cu ilin sonuna AMB-nin valyuta ehtiyatları $6 milyard 258 milyon təşkil edib. Beləliklə, 2020-ci ilin yanvar-iyul aylarında Mərkəzi Bankın valyuta ehtiyatları 3,4% artıb.
İyul ayında AMB-nin valyuta ehtiyatları 0,5% və ya $2,4 milyon artıb.
Xəbər verildiyi kimi, 2019-cu ildə Mərkəzi Bankın valyuta ehtiyatları 11,2% artıb.**
N.Abbasova