Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili hesab edir ki, Azərbaycan hökuməti bir sıra xərclərin maliyyələşdirilməsi üçün daxili borcu bir qədər artıra bilər.
“İyulun 1-nə Azərbaycanın daxili borcu cəmi 1,4 milyard manat və ya ÜDM-in 2%-ni təşkil edir. Bu, çox aşağı göstəricidir, bu da bizə daxili borcu artırmağa və həmin vəsaiti dövlət büdcəsinin xərclərinin maliyyələşdirilməsinə yönəltməyə imkan verir”, - Mirkişili çərşınbə günü “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanununda dəyişikliklərin müzakirəsi zamanı Milli Məclisin plenar iclasında bildirib.
O əlavə edib ki, daxili borcun artırılması nəinki dövlət büdcəsinin maliyyələşdirilməsini təmin etməyə imkan verəcək, həm də daxili qiymətli kağızlar bazarının inkişafını stimullaşdıracaq. **
Ə.Məmmədov