Milli Məclisin deputatları COVİD-19 koronavirus pandemiyasından zərər çəkmiş sahibkarların iqtisadi dəstək paketinin genişləndirilməsinin tərəfdarıdırlar. Bu barədə “İnterfaks-Azərbaycan”ın parlament müxbiri məlumat verir.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri müavini Əli Məslimli yeni dəstək paketinin qənaətbəxş olmadığını hesab edir.
“Sahibkarla 98 milyon manat, mikro sahibkarlara – 64 milyon manat ayrılıb. Bu günə əksər sahibkarlıq subyektləri pis vəziyyətdədirlər. Onlara ayrılan vəsaitin həcmi çox azdır”, - Məsimli çərşənbə günü parlamentdə 2020-ci il dövlət büdcəsinə düzəlişlər layihəsinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, yeni paketin hazırlanamsı zamanı 5 aylıq karantin dövrünün yekunları ətraflı təhlil olunmalıdır.
“Əgər qısa müqddətdə sahibkarlara zəruri dəstək təmin olunmasa, hətta 1 milyard manat ayırsaq belə, onları xilas edəbilməyəcəyik. Həyata keçirilən islahatları genişlənridmək və vəsaitinin cəlb olunması məqsədilə yeni mənbələr axtarmaq lazımdır”, - Məsimli bildirib.
Öz növbəsində, deputat Aydın Mirzəzadə pandemiyadan zərər çəkmiş bir sıra sahələri qeyd etməyi, güzəştli kreditlər ayırmağı təklif edib.
“İlk növbədə, ƏƏSMN 190 manat məbləğində birdəfəlik yardım alan şəxslərin kateqoriyaraını daha da konkretləşdirməlidir. Bu gün bir sıra sahələr fəaliyyətlərini tam dayandırıblar və həmin sahələrin əməkdaşları gəlir əldə etmirlər. Hesab edirəm ki, hökumət həmin şəxslərə güzəştli kreditlərin ayrılması ilə baölı təkliflər hazırla bilərdi”, - Mirzəzadə qeyd edib.
Xəbər verildiyi kimi, Azərbaycan hökuməti COVİD-19-a görə biznes və əhalinin dəstəklənməsi üzrə 3.5 milyard manat məbləğində və ya ÜDM-in 4,2%-i səviyyəsində tədbirlər paketini təsdiq edib, həmçinin dövlət büdcəsindən 1,1 milyarad manat ayırmaq planlaşdırılırdı.
Milli Məclis çərşənbə günü keçirilən plenar iclasda 2020-ci il dövlət büdcəsinə biznes və əhaliyə əlavə maliyyə dəstəyinin göstərilməsini nəzərdə tutan dəyişiklikləri birinci oxunuşda qəbul edib. Xüsusilə, 238 milyon manat - əhalinin sosial müdafiəsinə, 136,6 milyon manat – dövlət şirkətlərinin dəstəklənməsinə, 100 milyon manat – biznesin dəstəyinə yönəldiləcək. **
Ə.Məmmədov