Azərbaycan Beyrut limanında partlayışın nəticələrinin aradsan qaldırılması məqsədilə Livana maddi yardımı göstərməyi planlaşdırır. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev qeyd edib.
İ.Əliyev Beyrut şəhərində partlayış nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar Livanın prezidenti Mişel Auna başsağlığı verib.
“Beyrut şəhərində baş vermiş dəhşətli partlayış nəticəsində çoxsaylı insan tələfatı və dağıntılarla bağlı xəbər məni olduqca kədərləndirdi. Bu çətin anda Azərbaycan xalqının Livan xalqı ilə həmrəy olduğunu bildirirəm. Azərbaycan Respublikası faciənin törətdiyi fəsadların aradan qaldırılması məqsədilə dost Livan Respublikasına maliyyə yardımı göstərəcək. Sizə, həlak olanların ailələrinə və Livan xalqına dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını diləyirəm”, - Azərbaycan prezidentinin saytında dərc olunan başsağlığının mətnində deyilir. **
X.Nəsirzadə