BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı “Azərbaycanın şimal-qərb bölgəsində dayanıqlı və inklüziv yerli aqro-ərzaq sistemlərinin inkişaf etdirilməsi” layihəsininreallaşdırılmasına başlayıb.
“İnterfaks-Azərbaycan”ın müxbirinin məlumatına əsasən, çərşənbə günü layihə çərçivəsində iştirakçıların onlayn görüşü büş tutub.
Onlayn konfrans zamanı layihənin rəhbəri Yusif Axundov qeyd edib ki, layihənin məqsədi Zaqatalat, Balakən və Qaxda kiçik aqrobiznes subyektlərinə dəstək tədbirlərinin göstərilməsidir.
“Bu layihə əsasən regionda kiçik aqrobiznesin inkişafı, xüsusilə ASK məhsullarının istehsalına yönəlib. Bu, öz növbəsində, işsizliyin aradan qaldırılması, həmçinin kənd sakinlərinin rifahının yaxşılaşmasına təsir edəcək. Başlıca rolu Kənd Təsərrüfatı Nazirliyinin oynadığı digər aidiyyəti təşkilat və strukturlarla birgə fəaliyyət ASK məhsullarının istehsalı üçün bütün qiymət zəncirinin yaradılmasının dəstəyinə yönəlib”, - Axundov qeyd edib.
O, həmçinin bildirib ki, layihənin yekunları üzrə artıq 22 ölkədə təcrübə olunan Dünya ƏhəmiyyətliKənd Təsərrüfatı İrsiSisteminin (GİAHS) yayılması; yeni biznes planlarının dəstəklənməsi; müəssisələrin biznes imkanlarının inkişafı; bazara çıxış imkanlarının genişləndirilməsi, həmçinin istehlakçıların istehsalçılarla əlaqələrinin yaxşılaşdırılması gözlənilir, bu da regionda aqro və qastronomik turizmin inkişafına təsir göstərəcək.
“Layihə çərçivəsində Aqrar Araşdırmalar Mərkəzi ilə bigə ASK məhsullarının 6 növünün inkişaf etdirilməsi planlaşdırılır: arıçılıq, qoyunçuluq və heyvandarlıq, meyvələr, xurma, o cümlədən, yaban bitkilər”, - Axundov vurğulayıb.
O əlavə edib ki, layihə çərçivəsində turizmin inkişafı məqsədilə 2 yarmarkanın keçirilməsi (birini regionda, ikincisini - Bakıda), həmçinin yerli mətbəxə dair kitabın buraxılışı planlaşdırılır. O cümlədən, Axundov qeyd edib ki, qender bərabərliyinə də diqqət ayrılacaq, onun çərçivəsində AzərbaycanKənd Qadınları Assosiasiyası istehsalçı qadınlara dəstək göstərəcək. **
X.Nəsirzadə