Səhiyyə Nazirliyi Qazax rayonunda 100 çarpayılıq psixiatriya xəstəxanasının tikintisi üçün hazırlıq işlərinin yerinə yetirilməsinə "TFM-Smart Project" MMC-ni cəlb edib.
www.tender.gov.az saytında dərc olunmuş məlumata görə, “TFM-Smart Project” MMC ilə psixiatriya xəstəxanasının tikintisinin geoloji-mühəndisi işləri, layihə-smeta sənədlərinin hazırlanması və müəllif nəzarəti işlərinin həyata keçirilməsini nəzərdə tutan müqavilə imzalanıb.
Müqavilənin dəyəri 154,5 min manatdır.*
X.Nəsirzadə