Pezident İlham Əliyev koronavirusla mübarizə çərçivəsində görülən tədbirlərin effektivliyini qeyd edir, bu, yoluxanların sayının əhəmiyyətli dərəcədə azalmasına imkan verib.
“Adambaşına düşən testlərin sayına görə bu gün Azərbaycan dünya miqyasında qabaqcıl yerlərdədir. Biz qısa müddət ərzində laboratoriyalarımızın sayını 5 dəfə artırdıq. Yaxın gələcəkdə alınacaq yeni laboratoriyalar imkan verəcək ki, daha da böyük sayda testlər keçirilsin. Biz bütövlükdə laboratoriyaların sayını 45-ə çatdırmalıyıq”, - deyə dövlət başçısı bu gün koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirilən müşavirədə bildirib.
Onun sözlərinə görə, iyulun 16-dan bu günə qədər bu müsbət dinamika deməyə əsas verir ki, görülmüş bütün tədbirlər vaxtında görülmüş tədbirlərdir.
“İyulun 16-dan bu günə qədər yoluxanların sayı sağalanların sayından xeyli aşağıdır. Bu müsbət dinamika deməyə əsas verir ki, biz koronavirus xəstəliyini bundan sonra da nəzarət altında saxlayacağıq. Bu gün 46 xəstəxana ancaq koronavirus xəstələrinə xidmət göstərir. Azərbaycanda daha 6 modul tipli xəstəxananın tikintisi və onların sayının 16-ya çatdırılması planlaşdırılır. Beləliklə, bu xəstəxanalarda 3200 koronavirus xəstəsi müalicə ala biləcək”, - deyə İ.Əliyev qeyd edib.*
X.Nəsirzadə