Avqustun 6-dan etibarən “Azərbaycan Hava Yolları”nın (AZAL) Bakı-Naxçıvan marşrutu üzrə reyslərinə aviabilet satışı yeni üsulla həyata keçiriləcək. Bu barədə AZAL-ın məlumatında deyilir.
“Bu istiqamətdə uçuşlara tələbatın yüksək olduğunu və pandemiya dövründə uçuşların sayının məhdud olduğunu nəzərə alaraq qeyd edilən marşrut üzrə aviabilet satışı növbəlilik prinsipi əsasında həyata keçiriləcək”, - deyə məlumatda bildirilir.
Növbəyə aşağıdakı iki üsulla yazılmaq mümkündür:
- azal.az saytındahttps://help.azal.az/hc/az/requests/new?ticket_form_id=360000853 19linki vasitəsilə onlayn formanı doldurmaqla
- (+99470) 4374081 nömrəsinə “WhatsApp” vasitəsilə yazılı müraciət edərək.
Müraciət zamanı sərnişinlər mütləq qaydada şəxsiyyət vəsiqəsinin skan edilmiş surətini, həmçinin əlaqə nömrəsini göndərməlidirlər.
“Naxçıvan istiqamətində reyslərə tələbatın çox yüksək olduğunu nəzərə alaraq aviaşirkət diqqətə çatdırır ki, yaxın tarixlərdə qeyd edilən istiqamətdə uçuşlarda boş yerlər qalmayıb”, - deyə məlumatda qeyd olunur.*
N.Abbasova