Bu gün Tovuz rayonu istiqamətində Ermənistana məxsus pilotsuz uçuş aparatı (PUA) Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edilib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Avqustun 6-da Ermənistan silahlı qüvvələrinin bölmələri taktiki pilotsuz uçuş aparatı vasitəsilə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib”, - deyə məlumatda bildirilir.
Hava Hücumundan Müdafiə bölmələri tərəfindən düşmənin növbəti PUA-sı dərhal aşkar olunaraq məhv edilib.*
X.Nəsirzadə