"Bakı Telefon Rabitəsi" MMCBakının Yasamal rayonunda inzibati binanın və həyətdəki köməkçi binaların təmir işlərinə 1 milyon manata yaxın vəsait yönəldəcək.
www.tender.gov.azsaytında dərc olunmuş məlumata görə, qeyd olunan işlərin həyata keçirilməsi məqsədilə "ANN GROUP" MMC ilə müqavilə imzalanıb.
Müqavilənin dəyəri 904 min 465,4 manatdır.
“Bakı Telefon Rabitəsi” MMC 1992-ci ildə yaradılıb və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturuna daxildir. Cəmiyyət Bakı şəhəri ərazisində dövlət, hakimiyyət və idarəetmə orqanlarına, idarə, müəssisə və təşkilatlara, xarici və hüquqi şəxslərə, onların nümayəndəliklərinə və əhaliyə fasiləsiz, yüksək keyfiyyətli bütün növ telefon, videotelefon, internet, DATA, NGN xidmətləri, İP-TV, yüksək keyfiyyətli multimediya, CDMA və radio səsgücləndirici xidmətləri göstərir.**
N.Abbasova