Milli Məclis cümə günü keçirilən plenar iclasda Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə düzəlişlər layihəsini üçüncü oxunuşda qəbul edib. Bu barədə “İnterfaks-Azərbaycan”ın parlament müxbiri məlumat verir.
Düzəlişlərə əsasən, DSMF-nin gəlir və xərcləri ilkin proqnozla müqayisədə 0,8% - 4 milyard 784 milyon 689,4 min manatadək azaldılır.
Xüsusilə, düzəlişlər dövlət büdcəsindən DSMF-yə transfertlərin 16,7% - 1 milyard 188 milyon 194,03 min manatadək azaldılmasını nəzərdə tutur.
Bundan başqa, büdcə təşkilatlarının əməkdaşlarının icbari sığorta üzrə DSMF-yə daxilolmalar 1 milyard 405 milyon 6,47 min manat (azalma 0,2%), özəl sektordan daxilolmalar – 1 milyard 987 milyon 588,3 min manat səviyyəsində proqnozlaşdırılır (artım 0,13%).
Qalan daxilolmalar digər gəlirlər üzrə proqnozlaşdırılır.
Düzəlişlərə əssaən, xərclərin strukturunda əhaliyə ödnişlərə 4 milyard 644 milyon 759,4 min manat yönəltmək planlaşdırılır (azalma 0,9%). O cümlədən, pensiyaların ödənilməsinə 4 milyard 543 milyon 309,4 min manat (azalma 0,6%), müavinətlərin ödənilməsinə 101,45 milyon manat yönəldiləcək (azalma 11,5%).
Pensiyaların və müavinətlərin verilməsi ilə bağlı bank xixmətlərinə xərclər 33 milyon manat səviyyəsində proqnozlaşdırılır (azalma 2,7%). **
Ə.Məmmədov