“Şahdəniz” konsorisumu “Şahdəniz” yatağının "Alfa” platformasında profilaktik işlədən sonra hasilatı dbərpa edib.Bu barədə “İnterfaks-Azərbaycan”a “BP-Azerbaijan” şirkətinin mətbuat katibi Tamam Bayatlı məlumat verib.
“Şahdəniz” yatağında “Alfa” platformasından qaz və kondensat hasilatı iyul ayının 30-dan beş gün müddətinə dayandırılıb ki, planlaşdırılmış profilaktik işlər, inspeksiya və layihə işləri effektiv şəkildə aparılsın.Bu işləravqustun 4-də uğurla tamamlanıb və platformadan hasilat bərpa olunub”, - Bayatlı bildirib.
O xatırladıb ki, “Səngəçal” terminalında “Şahdəniz 1” qurğularının planlaşdırılmış profilaktik işlər proqramı da aparılıb.
O cümlədən, “Şahdəniz Bravo” platformasından və “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun bütün platformalarından hasilat, həmçinin Cənub Qafqaz Boru Kəməri,Bakı-Tbilisi-Ceyhan vəQərb Marşrutu İxrac Boru Kəməri vasitəsilə ixrac əməliyyatları normal davam edib.
Məlumat verilir ki, Proqram üzrə həyata keçirilən işlər 2020-ci ilin illik iş proqramı və büdcəsinə daxil edilmişdir. Platformanın müvəqqəti dayandırılması həmçinin bu ilin hasilat planına da daxil edilib.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Petronas” (15,5%), SOCAR (16,7%), LUKOİL (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.
Hazırda “Şahdəniz” yatağından qaz hasilatı “Mərhələ-1” çərçivəsində “Alfa” və “Mərhələ-2” çərçivəsində “Bravo” platformalarından həyata keçirilir.
“Mərhələ-2” çərçivəsində qaz hasilatı pik həddə illik 16 milyard kubmetr təşkil edəcək. **
N.Abbasova