2020-ci ilin birinci yarısında Azərbaycanda baş verən yanğınlar nəticəsində 23 nəfər həlak olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
"Bu, 2019-cu ilin birinci yarısının göstərici ilə müqayisədə 13 nəfər və ya 36% azdır”, - FHN-dən məlumat verilir.
Çoxmənzilli yaşayış binalarında və fərdi evlərdə baş verən yanğın hadisələri zamanı 18 nəfər həlak olub. Bundan başqa, nəqliyyat vasitələrində baş verən yanğınlar zamanı 4 nəfər, digər yanğınlar zamanı 1 nəfər həlak olub.
Bu dövrdə baş vermiş yanğın hadisələri zamanı 61 nəfər (azalma 47,4%) xəsarət alıb.
Hesabat dövründə Azərbaycanda 1,121 min yanğın hadisəsi (azalma 1,7%) qeydə alınıb.**
X.Nəsirzadə