Azərbaycan hökuməti avqustun 17-dən kafe, restoran və iaşə obyektlərinin fəaliyyətinin qismən bərpası imkanını nəzərdən keçirir. Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.
“Avqustun 17-dən açıq havada kafe, restoran və iaşə obyektlərinin fəaliyyətinin bərpası müzakirə olunur. Avqustun 24-dən regionlara səfər imkanı nəzərdən keçirilir”, - Mövsümov şənbə günü brifinqdə bildirib.
Onun sözlərinə görə, qeyd olunan yumşaldılmalar üzrə qərarlar hələlik qəbul olunmayıb, lakin gündəlikdədir.
“Əsas məsələ epidemioloji vəziyyətdir. Əgər həe şey normal olarsa, o zaman qeyd olunan yumşaldılmalar mümkündür. Əks təqdirdə biz açılmalar qrafiki təkrar nəzərdən keçirməli və ya ümumiyyətlə bu planlardan imtina etməyə məcbur olacağıq”, - o əlavə edib. **
A.Əzizov