“Günay Sıgorta” şirkəti nizamnamə kapitalını 6,5% - 8,2 milyon manatadək artıracaq. Bu barədə “İnterfaks-Azərbaycan”a şirkətdən məlumat verilir.
“İyunda “Günay Sıgorta”nın səhmdarları nizamnamə kapitalının 8,2 milyon manatadək artırılmasına dair qərar qəbul ediblər”, - şirkətdən qeyd ediblər.
Hazırda şirkətin nizamnamə kapitalı 7,2 milyon manata bərabərdir.
“Günay Sıgorta” 1992-ci ildə yaradılıb. Şirkətin səhmdarları 2 fiziki şəxsdir. **
A.Əzizov