Türkiyə Azərbaycana iki ölkənin turistlərinin daxili pasportalrla səfərlərinin təşkilini təklif edir. Bunu Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu deyib.
“Biz Azərbaycanla iki ölkənin turistlərinin 90 gün ərzində qarşılıqlı vizasız səfərləri ilə bağlı məsələni artıq həll etmişik (2020-ci il avqustun 13-dən etibarən qüvvəyə minir - İF). Lakin bu kifayət deyil. Azərbaycan və Türkiyə vətəndaşları üçün daxili pasportlarla qarşılıqlı səfərləri təşkil etmək zəruridir”, - Çavuşoğlu çərşənbə axşamı Ankarada Azərbaycanın XİN başçısı Ceyhun Bayramovla birgə mətbuat konfransında bildrib.
Çavuşoğlu xatırladıb ki, Türkiyə artıq Gürcüstan və Ukrayna ilə daxili pasportlarla qarşılıqlı səfərləri təşkil edib.
“Yeninəsil elektronşəxsiyyətvəsiqələrində bütün zəruri məlumat olduğunu nəzərə alaraq, daxili pasportlarla səfərlərin təşkilinə dair (Azərbaycana - İF) təkliflər irəli sürmüşük və onları həyata keçirəcəyik”, - Türkiyənin xarici işlər naziri bildirib. **
N.Abbasova