Bakı və Ankara ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün 29 sənəd hazırlayır. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.
“İndiyədək Azərbaycanla Türkiyə arasında ikitərəfli əməkdaşlıq çərçivəsində 241 sənəd imzalanıb. Hazırda tərəflər arasında 29 ikitərəfli sənəd hazırlıq mərhələsindədir. Həmin sənədlərin yaxın zamanda imzalanmasına ümid edirik”, - Bayramov bu gün Ankarada Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında bildirib.
Bayramov vurğulayıb ki, Bakı Ankara iloə iqtisadi əməkdaşlığın genişlənməsinə mühüm əhəmiyyət verir.
“2019-cu il ərzində qarşılıqlı ticarət dövriyyəsi 33%, 2020-ci ilin 5 ayı ərzində - 20% artıb. Bizim hədəfimiz 2023-cü ilə qədər $15 milyard səviyyəsində ticarət dövriyyəsinə çatmaqdır”, - o qeyd edib.
Bayramov əlavə edib ki, hazırda Türkiyədə Azərbaycan kapitalı ilə təxminən 2 min şirkət fəaliyyət göstərir. Azərbaycanda 4 minə yaxın Türkiyə şirkəti fəaliyyət göstərir. “İndiyədək Azərbaycan şirkətləri Türkiyə iqtisadiyyatına $18,1 milyard, Türkiyə şirkətləri Azərbaycan iqtisadiyyatına - $12,6 млрдmilyard həcmdə investisiya yatırıblar”, - Bayramov vurğulayıb.
Öncə Türkiyənin vitse-prezidenti Fuad Oqtay bəyan edib ki, 2023-cü ilədək Bakı və Ankara ticarət dövriyyəsini$15 milyard səviyyəsinə çatdırmaq niyyətindədir: 2019-2020-ci illərdə ticarət dövriyyəsi 4,4 dəfə artmalıdır. **
N.Abbasova