2020-ci ilin iyul ayında Azərbaycanda deflyasiya 0,3% təşkil edib ki, bu da iyun göstəricisinə uyğundur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“İyul ayında deflyasiya 0,3% təşkil edib. Ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 0,7% ucuzlaşıb, əhaliyə göstərilən ödənişli xidmətlərin və qeyri-ərzaq mallarının qiymətləri isə dəyişməyib”, - deyə məlumatda bildirilir.
İyul ayının sonuna Azərbaycanda orta illik inflyasiya 2,9% (cari ilin iyun ayının sonuna 3%) təşkil edib. Ərzaq məhsullarının qiymətləri üzrə orta illik inflyasiya 5,3%, qeyri-ərzaq malları üzrə 1,3%, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 1% təşkil edib.
Azərbaycan hökuməti 2020-ci il üçün orta illik inflyasiyanı 4,6% səviyyəsində proqnozlaşdırır.
AMB-nin sədri Elman Rüstəmov 2020-ci ilin yekunları üzrə inflyasiyanı 3-3,5% səviyyəsində proqnozlaşdırır.*
B.Rüstəmbəyov