Ötən gün 260-dan çox Azərbaycan vətəndaşı Dağıstandan Vətənə qayıdıb. Bu barədə Dağıstan KİV-ləri Dağıstan Respublikasının milli siyasət və din işləri naziri Enrik Müslümova istinadən xəbər verir.
"Müvəqqəti yerləşmə məntəqəsində öz növbəsini gözləyən 262 azərbaycanlı Vətənə qayıdıb", - deyə Müslümov bildirib.
Onun sözlərinə görə, daha 500-ə yaxın vətəndaş Azərbaycana qayıtmağı gözləyir. Məlumata görə, bir həftədən sonra Azərbaycan vətəndaşlarının növbəti qrupunun Vətənə göndərilməsi gözlənilir.*
X.Nəsirzadə