“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyəti Şəki rayonunda sahilbərkitmə işlərinin həyata keçirilməsi haqqında müqavilə bağlayıb.
www.tender.gov.az saytında dərc olunmuş məlumata görə, «Euroline» QSC ilə Kişçay, Şinçay, Daşağılçay və digər çaylarda sahilbərkitmə işlərinin həyata keçirilməsi haqqında müqavilə bağlanıb.
Müqavilənin dəyəri 13 milyon 987 min manatdır.*
B.Rüstəmbəyov