“Kapital Bank” 19 milyon 999 min 999,95 manatlıq imtiyazlı səhmlərin əlavə emissiyası hesabına nizamnamə kapitalını 8,8% - 245 milyon 849 min 999,85 manatadək artırmağı planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
“Əlavə emissiya hər birinin nominal dəyəri 12,39 manat olan 1 milyon 614,205 min ədəd səhmə bölünüb”, – deyə məlumatda bildirilir.
Hazırda “Kapital Bank”ın nizamnamə kapitalı 225 milyon 849 min 999,9 manata, o cümlədən imtiyazlı səhmləri 40 milyon manata bərabərdir.
Bankın imtiyazlı səhmlərinin sahibləri 3 hüquqi şəxs - “PASHA Holding” və holdinqə daxil olan 2 sığorta şirkətidir.
“Kapital Bank” Azərbaycanda 140 ildən çoxdur fəaliyyət göstərir və aparıcı bankların üçlüyünə daxildir. Bankın səhmdarları “PASHA Holding” (99,87%) və fiziki şəxslərdir (0,13%).*
A.Əzizov