Azərbaycan tərəfinin təşəbbüsü ilə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Rusiya prezidenti Vladimir Putin ilə telefon danışığı baş tutub. Bu barədə çərşənbə günü Kremlin mətbuat xidməti məlumat verib.
“İkitərəfli gündəliyin aktual məsələləri müzakirə olunub. Bütün sahələrdə Rusiya-Azərbaycan tərəfdaşlığının gələcəkdə möhkəmlənməsinə yönələn qarşılıqlı niyyət təsdiq olunub. İ.Əliyev koronavirus infeksiyasına qarşı ilk Rusiya peyvəndinin qeydiyyata alınması münasibətilə V.Putini təbrik edib”, - məlumatda qeyd olunur.
Bundan başqa, 2020-ci ilin iyul ayında Azərbaycan-Ermənistan sərhədində vəziyyətin gərginləşməsi kontekstində regional problematika ilə bağlı fikir mübadiləsi aparılıb.
“Rusiya tərəfindən gərginliyin artmasına gətirən istənilən hərəkətlərin yol verilməməsinin vacibliyi vurğulanıb”, - məlumatda qeyd olunur. **