Quba Rayon İcra Hakimiyyəti bir sıra abadlıq işlərinin yerinə yetirilməsi üçün “TALEH-A.T müəsisəsi”ni cəlb edib.
www.etender.gov.az saytının məlumatına görə, müəssisə ilə 2 milyon 549,225 min manat ümumi məbləğdə iki müqavilə imzalanıb.
Birinci müqavilə Quba rayonu Dəvədabanı yaşayış massivində avtomobil yollarının tikintisi işlərinin aparılmasınayönəlib. Müqavilənin dəyəri – 849,761 min manatdır.
İkinci müqavilə Quba rayonu Zərdabi qəsəbəsində abadlıq işlərinin yerinə yetirilməsini nəzərdə tutur. Müqavilənin dəyəri – 1 milyon 699,464 min manatdır. **
X.Nəsirzadə