Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 214 mənzilin satın alınması ilə əlaqədar açıq tender elan edib. Bu barədə nazirlikdən məlumat verilir.
Xüsusilə, nazilrik Gəncə, Lənkəran, Ağdaş və Yevlax şəhərlərindən bir, iki və üç otaqlı olmaqla ümumilikdə 214 mənzili satın almaq niyyətindədir. Tenderdə iştirak haqqı - 50 manatdır.
Təklif olunan mənzillər təmirli olmalı, kommunikasiya xətləri mövcud olmalı, kommunal borcları olmamalı və mənzillərin Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən verilmiş çıxarışları olmalıdır.
Tender üzrə təkliflər 24 sentyabr saat 17:00-dək qəbul olunur. Təkliflərin açılması sentyabrın 25-də saat 15:30-da Bakı şəhəri, Yasamal rayonu, Salatın Əsgərova küçəsi 85 ünvanında baş tutacaq. **
X.Nəsirzadə