2020-ci ilin yanvar-iyul aylarında Azərbaycanda elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,6% artaraq 15 milyard 346,9 mln. kVt·st olub. Bu barədə Energetika Nazirliyindən məlumat verilir.
İyulda 2 milyard 395,1 mln. kVt·st elektrik enerjisinin istehsal olunub.
Operativ məlumatlara əsasən, cari ilin yanvar-iyul aylarında elektrik enerjisinin istehsalı İES-lərdə 14 milyard 358,9 mln. kVt·st (artım 2,7%), SES-lərdə 774,5 mln. kVt·st (azalma 26,4%) təşkil edib.
Yanvar-iyul aylarında alternativ mənbələr hesabına elektrik enerjisinin istehsalı 213,5 mln. kVt·st təşkil edib (azalma 3,8%). Xüsusilə, külək elektrik stansiyalarında 63 mln. kVt·st, günəş elektrik stansiyalarında 28 mln. kVt·st, Bərk məişət tullantılarının yandırılması zavodunda 122,5 mln. kVt·st elektrik enerjisi istehsal edilib.
Elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 13 milyard 726,7 mln. kVts təşkil edib, bu da Azərbaycanda elektrik enerjisinin bütün istehsalının 89,45%-dir.
Naxçıvan Muxtar Respublikası daxil olmaqla, müstəqil Elektrik Stansiyaları üzrə elektrik istehsalının həcmi 1 milyard 376,6 mln. kVt·st təşkil edib.
Bundan başqa, 2020-ci ilin yanvar-iyul ayları ərzində elektrik enerjisinin ixracı 731,8 mln. kVt·st təşkil edib (azalma 5,6%- İF).
Bu dövr ərzində elektrik enerjisinin idxalı 6,8% - 87,4 mln. kVt·st-a qədər azalıb. **
B.Rüstəmbəyov