2020-ci ilin yanvar-iyul aylarında Azərbaycan əhalisi ticarət obyektlərindən 21,362 milyard manatlıq istehlak malları alıb ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 2,1% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Hesabat dövründə əhali tərəfindən ərzaq malları, içki və tütün məmulatlarının alınmasına 11,499 milyard manat (2019-cu ilin yanvar-iyul ayları ilə müqayisədə artım 3,2%), qeyri-ərzaq mallarının alınmasına 9,863 milyard manat (azalma 7,5%) sərf olunub.
Bu dövrdə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 53,8-i ərzaq məhsulları, içki və tütün məmulatlarının, 14,1%-i toxuculuq məhsulları, geyimlər və ayaqqabıların, 5,4%-i elektrik malları və mebellərin, 5,4%-i avtomobil yanacağının, 1,8%-i əczaçılıq və tibbi malların, 0,8%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,7%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.
Yanvar-iyul aylarında istehlak mallarının 23,1%-i ticarət müəssisələri, 50,5%-i fərdi sahibkarlar tərəfindən, 26,4%-i bazar və yarmarkalarda satılıb. 2019-cu ilin yanvar-iyul ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi müəssisələr üçün real ifadədə 11,8% artıb, fərdi sahibkarlar üçün 0,4%, bazar və yarmarkalarda 15,4% azalıb.
Cari ilin yanvar-iyul aylarında ticarət şəbəkəsində bir ölkə sakini 164,9 manatlıq ərzaq məhsulları, içki və tütün məmulatları, 141,5 manatlıq qeyri-ərzaq məhsulları alıb.**
B.Rüstəmbəyov