2020-ci ilin sentyabr ayında Azərbaycan məhsullarının idxalçıları üçün biznes forum keçiriləcək.
Forumun təşkilatçısı “Caspian Event Organisers”in bəyan etdiyi kimi, "Made in Azerbaijan" adlı biznes forumda Rusiya və BƏƏ-dən işgüzar adamlar iştirak edəcəklər.
Məlumata əsasən, sentyabrın 1-dən 4-dək qida sənayesi və ASK məhsulları, 8-11 sentyabr tarixlərində - tikinti sənayesinə həsr olunan onlayn görüşlər keçiriləcək.
Təşkilatçı qeyd edir ki, BƏƏ və Rusiyaya məhsul ixracını təşkil etmək arzusunda olan qeyd olunan sahələrdə fəaliyyət göstərən sahibkarlar iştirak üçün müraciət edə bilərlər. **
X.Nəsirzadə