2020-ci ilin I yarısında “BTC Co” şirkətinin (Bakı-Tbilisi-Ceyhan - BTC neft kəmərinin tikintisi və istismarı üzrə operator) BTC layihəsi üzrə xərcləri ötən ilin analoji dövrü ilə müqayisədə 7,5% - $62 mln.-a qədər azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə “BTC Co” şirkətinin mətbuat xidmətindən məlumat verilib.
“Həmçinin, 2020-ci ilin yanvar-iyun aylarında boru kəmərinin fəaliyyəti üçün əməliyyat xərcləri $48 mln. (azalma 12.7%) təşkil edib. Əsaslı xərclər $14 mln. olub (artım 16,6%)”, - şirkətin nümayəndəsi qeyd edib.
Şirkətin məlumatına görə, ümumilikdə BTC neft kəmərinin istismara verildiyi 2006-cı il iyunun 4-dən 2020-ci ilin birinci yarımilliyinin sonunadək Ceyhan terminalından 4,526 min tanker yüklənib və BTC kəməri ilə dünya bazarına 462 mln. ton neft və kondensat göndərilib (3,47 mlrd. barrel çox).
2020-ci ilin birinci yasırında BTC neft kəməri vasitəsilə 15 mln. tondan artıq neft və kondensat nəql edilib (113 mln. barreldən çox), Ceyhan limanından 145 tanker yola salınıb.**
N.Abbasova