Azərbaycan hərbçiləri “Tank biatlonu” müsabiqəsində iştirak edəcəklər. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilir.
“Beynəlxalq Ordu Oyunları - 2020” yarışları çərçivəsində keçiriləcək “Tank biatlonu” müsabiqəsində iştirak etmək üçün Azərbaycan hərbçiləri Moskva şəhərinə yola düşüblər”, - məlumatda qeyd olunur.
Müsabiqə avqustun 23-dən sentyabrın 5-dək keçiriləcək.
Ötən il 23 komanda arasında keçirilən müsabiqənin nəticələri üzrə Azərbaycan hərbçiləri 4-cü yeri tutublar. **
X.Nəsirzadə