Lerik Rayon İcra Hakimiyyəti kompleks işlərinin həyata keçirilməsi məqsədilə “Elnur-2” UİKŞ-i cəlb edib.
www.tender.gov.az saytının məlumatına görə, şirkətlə 1 milyon 483,468 min manat ümumi məbləğdə üç müqavilə imzalanıb.
Birinci müqavilə Boykəndil kənd 180 şagird yerlik tam orta məktəb binasının tikinti işlərini nəzərdə tutur. Müqavilənin dəyəri – 535,6 min manatdır.
İkinci müqavilə Lerik şəhərində abadlıq işlərini nəzərdə tutur. Müqavilənin dəyəri – 382,984 min manatdır.
Üçüncü müqavilə Lerik şəhərində avtomobl yollarının əsaslı təmirini nəzərdə tutur. Müqavilənin dəyəri – 564,884 min manatdır. **
X.Nəsirzadə