Azərbaycan Ordusunun bir qrup sülhməramlısı Əfqanıstandan Bakıya qayıdıb. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“NATO-nun Əfqanıstan İslam Respublikasında həyata keçirdiyi “Qətiyyətli Dəstək” missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Ordusunun bir qrup sülhməramlısı plana uyğun olaraq rotasiya qaydasında Bakıya qayıdıb”, - deyə məlumatda bildirilir.
Azərbaycan Ordusunun Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb.
Hazırda Azərbaycan Ordusunun 120 hərbi qulluqçusu, 2 hərbi həkimi və 6 qərargah zabiti Əfqanıstandakı missiyada iştirak edir.**
X.Nəsirzadə