Sentyabrın 15-də «İpək Yolu Sığorta» şirkətinin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
“Yığıncaqda Direktorlar Şurasının üzvlərinin səlahiyyət müddətlərinin növbəti müddətə yenidən təsdiqlənməsi, səhmdarın adının dəyişilməsi ilə əlaqədar nizamnaməyə dəyişikliyin edilməsi məsələləri müzakirəyə çıxarılacaq”, - deyə məlumatda bildirilir.
"İpək Yolu Sığorta" şirkəti 1996-cı ildən Azərbaycanın sığorta bazarında fəaliyyət göstərir. Şirkətin nizamnamə kapitalı 14 milyon 77 min manata bərabərdir.*
A.Əhmədova