2020-ci ilin yanvar-iyul aylarında Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi $1 milyard 514,029 milyon təşkil edib ki, bu da 2019-cu ilin müvafiq dövrünün göstəricisindən 5,8% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Yanvar-iyul aylarında Azərbaycanın bütün xarici ticarət dövriyyəsinin 10,07%-i Rusiya ilə ticarət əməliyyatlarının payına düşüb.
Hesabat dövründə Azərbaycan Rusiyaya $430,762 milyon dəyərində məhsul ixrac edib ki, bu da 2019-cu ilin yanvar-iyul aylarının göstəricisindən 1,8% çoxdur. Bütövlükdə, Azərbaycandan ixracın 4,72%-i Rusiyanın payına düşüb.
Yanvar-iyul aylarında Rusiyadan Azərbaycana idxalın həcmi $1 milyard 83,267 milyon (azalma 8,7%) təşkil edib. Azərbaycana idxalın ümumi həcmində 18,36% Rusiyadan tədarükün payına düşüb.
Beləliklə, bu dövrdə RF ilə idxal-ixrac münasibətlərində Azərbaycanın mənfi saldosu $652,505 milyon təşkil edib.
2019-cu ilin yekunları üzrə Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi $3 milyard 22 milyon 46 min təşkil edib ki, bu da 2018-ci ilin göstəricisindən 18,5% çoxdur.*
B.Rüstəmbəyov