2020-ci ilin yanvar-iyul aylarında Azərbaycana $340 milyon 968,72 min dəyərində 27,792 min ədəd avtomobil nəqliyyatı vasitəsi idxal edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
2019-cu ilin müvafiq dövrü ilə müqayisədə idxal 21% artıb.
Hesabat dövründə respublikaya gətirilən avtomobil nəqliyyatı vasitələrinin böyük hissəsi – $294 milyon 725,32 min dəyərində 25,999 min ədəd avtomobil (artım 25%) sərnişin daşımaları üçün minik avtomobillərinin və digər motorlu nəqliyyat vasitələrinin payına düşüb.
2020-ci ilin yanvar-iyul aylarında ölkəyə yük daşımaları üçün nəzərdə tutulmuş $24 milyon 623,24 min dəyərində 1,615 min ədəd motorlu nəqliyyat vasitəsi (azalma 16,9%), o cümlədən $12 milyon 810,36 min dəyərində 77 ədəd xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsi (azalma 16,3%) gətirilib.
Bundan başqa, qeyd olunan dövrdə respublikaya 10 və daha artıq şəxsin daşınması üçün $8 milyon 809,8 min dəyərində 101 ədəd (azalma 27,3%) motorlu nəqliyyat vasitəsi gətirilib.
Yanvar-iyul aylarında Azərbaycana $5 milyon 665,43 min dəyərində 105 ədəd elektrokar və $14 milyon 530,91 min dəyərində 2,453 min ədəd hibrid avtomobil idxal edilib.
2019-cu ildə Azərbaycana avtomobil nəqliyyatı vasitələrinin idxal həcmi 2018-ci illə müqayisədə 65,2% - 47,71 min ədədə qədər artıb.*
B.Rüstəmbəyov