2020-ci ilin yanvar-iyul aylarında Azərbaycana $214 milyon 67,17 min dəyərində əczaçılıq məhsulları idxal olunub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Cari ilin yanvar-iyul aylarında Azərbaycana $214 milyon 67,17 min dəyərində (artım 38,2%) 13 min 339,59 ton (artım 65,9%) əczaçılıq məhsulları idxal olunub.
2020-ci ilin iyun ayında Azərbaycana $33 milyon 284 min dəyərində 1 min 595,24 ton əczaçılıq məhsulları idxal olunub.
2019-cu ildə Azərbaycana $296 milyon 531,79 min dəyərində 16 min 526,55 ton əczaçılıq məhsulları idxal olunub.*
N.Abbasova