2020-ci ilin yanvar-iyul aylarında Azərbaycan $359 milyon 582,51 min məbləğində 353 min 524,58 ton meyvə-tərəvəz ixrac edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
2019-cu ilin yanvar-iyul ayları ilə müqayisədə meyvə-tərəvəz ixracı miqdar ifadəsində 2,4%, dəyər ifadəsində 4,1% artıb.
Cari ilin yanvar-iyul aylarında ixracın ümumi həcmində meyvə-tərəvəzin payı 3,94%, qeyri-neft ixracı strukturunda 34,74% təşkil edib.
2020-ci ilin yanvar-iyul aylarında xaricə $166 milyon 546,43 min məbləğində 153 min 528,46 ton pomidor ixrac edilib (2019-cu ilin yanvar-iyul ayları ilə müqayisədə miqdar ifadəsində artım 15,6%, dəyər ifadəsində artım 17,9%).
Hesabat dövründə aşağıdakı məhsullar ixrac olunub: meşə fındığı - $57 milyon 877,39 min məbləğində (azalma 19,7%) 9 min 398,15 ton (azalma 28,6%), alma - $9 milyon 373,16 min məbləğində (аzalma 43,2%) 22 min 212,16 ton (azalma 44,4%), xurma - $14 milyon 135,93 min məbləğində (аzаlma 22%) 17 min 947,06 ton (azalma 24,7%).*
N.Abbasova